“Taliban” əfqan jurnalistlərinə söz azadlığı və pul vəd etdi –"Həbsdə jurnalist yoxdur"

Əfqanıstana nəzarət edən “Taliban” jurnalistlərə maliyyə dəstəyi vəd edib, həmçinin mövcud qanunvericilik çərçivəsində mətbuat azadlığına zəmanət verib.

Azpost.info xəbər verir ki, “Taliban”ın rəsmi nümayəndəsi Zəbiullah Mücahid Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı çıxışında ölkədə çoxlu sayda KİV-in bağlanmasının yeni hakimiyyətlə deyil, nəşrlərin maliyyəsinin olmaması ilə əlaqələndirib.

Onun sözlərinə görə, KİV-lərin əksəriyyəti xarici qüvvələr və səfirliklər tərəfindən və öz məqsədləri üçün maliyyələşdirilib. Maliyyə dayananda isə iş də dayanıb. Mücahid söz verib ki, “Taliban” mətbuatın maliyyə problemlərini həll etmək üçün əlindən gələni edəcək. O, mətbuat işçilərinin çoxsaylı həbsləri ilə bağlı məlumatı təkzib edib. Dediyinə görə, hazırda həbsxanalarda heç bir jurnalist yoxdur və səlahiyyətli orqanlara çağırılma işgəncə və ya həbs demək deyil.

Qeyd edək ki, bu gün Sərhədsiz Reportyorlar Təşkilatı tərəfindən mətbuat azadlığı reytinqi dərc edilib. Əfqanıstan siyahıda 34 pillə geriləyərək 156-cı yeri tutub.

Azpost.info

Əvvəlki məqalə

Putin Makrona müharibənin dayanması üçün nə etmək lazım olduğunu dedi

Sonrakı məqalə

Visa və Mastercard ruslara bank kartları verən Azərbaycan şirkətini bloklayıb