Talış kəndində 30 il sonra Novruz bayramı qeyd olunur –FOTO

Tərtərin Talış kəndində 30 ildən sonra ilk dəfə bayram şənliyi keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, Talış kəndinə yeni köçən ailələr üçün təşkil olunan şənlikdə milli oyunlar, folklor nümunələri sərgilənir.

Kəndirbazlar ip üzərində oynayıb, pəhləvanlar qurşaq tutub. Yerli incəsənət adamları müxtəlif musiqi nümunələri ifa edir.

Tədbir iştirakçıları Qarabağ atlarının da keçidinə tamaşa edib. Bundan başqa tamaşalar da nümayiş edilib. Tədbirin gecə saatlarınadək davam etməsi planlaşdırılıb.

Əvvəlki məqalə

Çin rəhbəri Rusiyaya gəldi

Sonrakı məqalə

“Hər şeyi ürəyimizə salmırıq…” –