“Tamhüquqlu Fələstin dövlətini yaratmaq lazımdır”- PUTİN

“Ukraynaya qarşı hərbi əməliyyata baxmayaraq, Rusiya hakimiyyəti Fələstindəki hadisələri izləyir”

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Fələstin prezidenti Mahmud Abbasla Novo-Oqarevoda görüşündə deyib.

“Hamı yaxşı bilir ki, Rusiya təəssüf ki, bu gün əlində silah öz maraqlarını, öz xalqını müdafiə etməlidir. Lakin Yaxın Şərqdə, Fələstində baş verənlər təbii ki, bizim tərəfimizdən də yan keçmir”. – Putin deyib.

Onun sözlərinə görə, Rusiya həmişə Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub. “Biz hesab edirik ki, regionda uzunmüddətli, etibarlı, sabit sülhü təmin etmək üçün BMT-nin bütün qərarlarını yerinə yetirmək və hər şeydən əvvəl tamhüquqlu Fələstin dövlətini yaratmaq lazımdır”.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.