Tanınmış aktrisanın 7 milyonluq villası yanıb külə döndü- FOTO

Tanınmış ingilis model və aktrisa Kara Delevinin Los-Ancelesdəki 7 milyon dollarlıq evi yanıb.

Azpost.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Kara özü hadisə zamanı İngiltərədə olub. Evdə onun sevimli pişikləri olub, yanğınsöndürənlər onları xilas ediblər.

Yanğınsöndürənlərdən biri yanğını söndürərkən xəsarət alıb, evdə olan digər bir nəfər isə tüstüdən zəhərlənib.

Ümumilikdə yanğının söndürülməsində 100-ə yaxın xilasedici iştirak edib.

“Bu gün ürəyim parçalandı… İnana bilmirəm. Həyat bir göz qırpımında dəyişə bilər. Buna görə də sahib olduqlarınızın dəyərini bilin”, – aktrisa  sosial şəbəkədə yazıb.

Azpost.info

 

Əvvəlki məqalə

Gürcüstan Baş naziri İrakli Kobaxidze Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Sonrakı məqalə

BAXCP adını dəyişdi –