Tanınmış hakim Mansur İbayev vəfat edib

Azərbaycan Respublikası Ağır Cinayətlərə dair işlər üzrə məhkəməsinin hakimi, Məhkəmə Hüquq Şurasının üzvü Mansur İbayev vəfat edib.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Mansur İbayev xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Mansur İbayev 1964-cü ildən məhkəmə orqanlarında işləməyə başlayıb.

Qubadlı, Ağdaş, Göyçay rayonlarında məhkəmə sədri, 1976-cı ildən, 2000-ci ilə qədər Ali Məhkəmənin üzvü, 2000-ci ildən 2012-ci ilə kimi Azərbaycan Respublikası Ağır Cinayətlərə dair işlər üzrə məhkəməsinin hakimi, eyni zamanda Məhkəmə Hüquq Şurasının üzvü, Mərkəzi Seçki Komissiyasının üzvü vəzifələrində işləyib.

2006-cı ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.