Tanınmış jurnalist Məzahir Süleymanzadə vəfat edib

Tanınmış jurnalist, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə vəfat edib.
Bu barədə onun yaxın qohumu Gülnar Şamilqızı məlumat verib.
Mərasim sabah, 12 may,saat 11:00-dan “ZƏM-ZƏM” mərasim evində keçiriləcək.
Ünvan: Həzi Aslanov m.yuxarı çıxışı.
Allah rəhmət eləsin!

M.Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş jurnalist Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib. 1974-1979-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Müxtəlif illərdə «Leninskoe znamya», «Krasnaya zvezda», «İdman» – «Sport» qəzetlərində, «Sovetski voin» jurnalında çalışıb. «Kommunist» qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub.
1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilkləriindən sayılan «Səhər» qəzetini təsis edib. M.Süleymanzadə həmçinin çoxsaylı kitablar müəllifidir.
19841994-cü illərdə «Qızıl qələm», «Həsən bəy Zərdabi», «Mirzə Cəlil», həmçinin «Araz» Ali mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Jurnalist 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülüb.

 

Əvvəlki məqalə

Bu günün valyuta məzənnələri

Sonrakı məqalə

Cəmiyyət üçün ailənin mənəvi gücü