Tanınmış jurnalistin “Kərkükdən Bakıya” adlı kitabı nəşr olundu –

FOTOLAR
24 Dekabr 2019 - 13:00

Türk toplumları ilə bağlı mühüm təqdiqatların müəllifi olan jurnalist Ağanisə Sultanın 4-cü kitabı işıq üzü görüb.

Azpost.info verir ki, “Kərkükdən Bakıya” kitabı İraq-Şam İslam Dövlətinin (İŞİD) anarxiyasına son qoyulduqdan sonra İraqın Bağdad, Ərbil, xüsusilə də, Turkman qardaşlarımızın əzəli torpaqları olan Kərkükdəki soydaşlarımızın bugünkü yaşamına, siyasi, mədəni həyatlarına həsr olunub.

Eyni zamanda, kitabda Səddam Hüseyn dönəmində turkmanlara qarşı şüurlu şəkildə törədilən 1980-ci ilin yanvar soyqırımından, Altınkörpü soyqırımından və digər qanlı repressiyalardan ətraflı bəhs edilir.

Müəllif qələmə aldığı kitabın ərsəyə gəlməsində göstərdikləri dəstəyə və Kərkük səfəri zamanı yüksək qonaqpərvərliyə görə İraq Türkməneli Partiyasının başqanı, Riyaz Sarıkahyaya, Yilmaz Huseyinə və digər soydaşlarımıza minnətdarlığını bildirib.