Tanınmış müğənni Uşaqlr Günündə səhnəyə yarıçılpaq çıxdı, qalmaqal düşdü –FOTO

Rusiyalı müğənni, aktrisa və teleaparıcı Olqa Buzova 1 iyun Uşaqların Müdafiəsi Günündə Ufada baş tutan konsertində çox açıq-saçıq geyimdə görünüb.

Azpost.info bildirir ki, bu isə tədbirdə iştirak edən valideynlərin narazılığına səbəb olub. “Təhlükəsiz İnternet” Liqasının rəhbəri Yekaterina Mizulina Buzovanın BDSM üslubunda dəri kostyumda çıxışını tənqid edib və bunu qalmaqal doğurmuş  “çılpaq parti” ilə müqayisə edib. “Sanki biz iki paralel dünyada yaşayırıq: bir tərəfdən Ukraynada müharibəsi var, insanlar ölür, digər tərəfdən cəmiyyətin bir hissəsi paralel dünyada yaşamağa davam edir”.  Bundan əvvəl Başqırdıstan parlamentinin deputatı Rüstəm Axmadinurov Buzovanın geyiminə diqqət çəkib. “Bu gün Uşaqların Müdafiəsi Günüdür. Orada çoxlu uşaq var. O, adekvatdırmı?!” – deyə deputat  yazıb.

Olqa Buzovanın üzrxahlığı özünü çox gözlətməyib: “Əgər geyimim təhqiramiz görünürdüsə, komandam və mən üzr istəyirik”,-deyə  o, Teleqram kanalında yazıb. “Mən həmişə sevgi və yaxşılıq gətirirəm, Vətənin rifahı üçün çalışıram. Bunlar mənim və sevdiklərim üçün əsas dəyərlərdir”.  Müğənni həmçinin qeyd edib ki, festivalda yaş məhdudiyyəti olub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.