Tarlada digər təyinatlı tikintinin aparılmasına yol verməyəcəyik

Kənd təsərrüfatı məhsullarının istehsalında göstəricilərimiz yaxşıdır. Əsas kənd təsərrüfatı məhsullarının istehsalı ilə ölkəmiz özünü təmin edir. Amma aqrar sektorda emal məhsullarına nəzər yetirsək, bu sahədə görüləsi işlərimiz çoxdur.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsində dəyişikliyin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev deyib.

Şöbə müdiri vurğulayıb ki, sovet dövründə böyük aqrar sənaye sektorumuz var idi.

“Lakin keçmiş iqtisadiyyatın mexanizmləri bir müddət söküldüyünə görə bu sahədə də müəyyən boşluqlar yarandı. Emal müəssisələrimiz ittifaq xarakterli sifarişlərlə işləyirdi. Bu müəssisələrin çoxu fəaliyyətini dayandırdı. Bir müddət kənd təsərrüfatı istehsalımız düşdüyü üçün onlara tələbat olmadı və həmin emal müəssisələri başqa istiqamətdə sahələrə çevrildi.

Bu gün fermerlərimiz istehsal etdikləri məhsulların bazara çıxarılmasında, onların sənayeləşdirilməsində çətinliklərlə rastlaşırlar. Belə təşəbbüslər çoxdur. Son vaxtlar xeyli aqroparklar, sənayeyönümlü müəssisələr yaradılıb və ixrac potensialımız güclənib. İstəyirik ki, gələcəkdə ölkə kənd təsərrüfatı sahəsində xammal ixracatçısından məhsul ixracatçısına çevrilsin”, – deyə o əlavə edib.

İ.Həbiyev qeyd edib ki, kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyası təməl olaraq dəyişmir.

“Məsələn, taxıl tarlasında digər təyinatlı tikintinin aparılmasına yol verməyəcəyik. Orada taxıl anbarları, müvəqqəti saxlama qurğuları quraşdırıla bilər”, – deyə o vurğulayıb(trend).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.