Tatarıstana PUA hücumu olub

Tatarıstana
Tatarıstana

Tatarıstana PUA hücumu olub.

Tatarıstanda pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi elan edilib.

AzPost bildirir ki, bu barədə rayon sakinlərinə evdə qalmaları və pəncərələrə yaxın getməmələri tövsiyə olunub.

Samara vilayətinin sakinləri də oxşar xəbərdarlıqlar alıblar. Bundan əlavə, dronlar Saratov vilayətinə hücum edib. Hadisə şahidləri partlayış səsləri eşitdiklərini bildiriblər.

Qeyd edilən bölgələrdə hava hücumundan müdafiə sistemlərinin işlədiyi qeyd edilib.

“Rosaviasia” isə Domodedovo və Jukovski hava limanlarının müvəqqəti olaraq reysləri qəbul etmədiyini və fəaliyyətlərini dayandırdığını vurğulayıb.

Xatırladaq ki, yanvarın 24-nə keçən gecə Ukrayna ordusu Rusiyanın 10-dan çox bölgəsinə pilotsuz uçuş aparatları ilə hücum edib.

Bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, ümumilikdə ölkənin 13 regionu üzərində 121 dron zərərsizləşdirilib.

Sözügedən regionlar arasında Bryansk, Ryazan, Kursk, Saratov, Rostov, Belqorod və digərləri var.

İlkin məlumata görə, hücum nəticəsində xəsarət alan olmayıb.

Rusiyanın teleqram kanallarında və sosial şəbəkələrin Ukrayna seqmentində hücumla bağlı görüntülər yayılıb. Ukrayna mediası Ryazanda neft emalı zavoduna zərbə endirildiyini yazıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.