Tbilisidə polis geri çəkilib, aksiyaçılar parlamenti mühasirəyə alırlar

Gürcüstan DİN xüsusi təyinatlı polis dəstələrini və polisə məxsus xüsusi vasitələri parlament binasının ətrafından geri çəkib.

Aksiya işyirakçıları yenidən Rustaveli prospektində parlamentin qarşısına qayıdıblar. Etirazçılar hazırda binanı mühasirəyə alırlar. (APA)

Qeyd edək ki, Gürcüstan parlamentinin plenar sessiyasında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin üçüncü və sonuncu oxunuşda qəbul olunmasından sonra Tbilisidə toqquşmalar başlayıb.

Parlament binasının qarşısında toplaşan etirazçılara polis müdaxilə edib.

Toqquşmalar zamanı çox sayda saxlanılanların olduğu, əraziyə su şırnaqları ilə müdaxilə edildiyi bildirilir.

Ölkənin parlamentinin yaydığı bəyanatda deyilir ki, Parlament binasında saat 17:00-dan “qırmızı təhlükəsizlik” səviyyəsi tətbiq edilib. “Mayın 14-də Gürcüstan parlamentinə təhlükənin xüsusiyyətləri nəzərə alınaraq parlament aparatının rəhbərinin zəruri hesab etdiyi şəxslər istisna olmaqla heç kim buraxılmayacaq”, – bəyanatında deyilir.

 

Əvvəlki məqalə

“Bakcell”​ ən sürətli sabit internetini təqdim edir

Sonrakı məqalə

“Sərhədin demarkasiyası davam edir” –