“Tehranla strateji tərəfdaşlığı gücləndirmək istəyirik”– ÇİN XİN

Çinin xarici işlər naziri Van İ İsrailin Qəzzada 11 uşaq və 6 qadın olmaqla azı 93 nəfərin ölümü ilə nəticələnən Tabiyin məktəbinə hücumunu şok adlandırıb.

Azpost.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Çin XİN başçısı iranlı həmkarı Əli Baqiri Kani ilə söhbətind Tehranla strateji tərəfdaşlığı gücləndirmək istəyini ifadə edib.

Van İ Pekinin İranın suverenliyi, təhlükəsizliyi və milli ləyaqətini, eləcə də Yaxın Şərqdə sülhü təmin etmək səylərini dəstəklədiyini bildirib.

Çin xarici işlər nazirinin sözlərinə görə, Haniyənin ölümü kimi hərəkətlər İranın suverenliyinə kobud hücumdur və Qəzza zolağında münaqişənin sona çatmasına yönəlmiş danışıqlar prosesinə zərbə vurub.

Azpost.info

Əvvəlki məqalə

Xırdalanda parkın işıqlarını vətəndaşın sayğacına qoşublar

Sonrakı məqalə

Bakının pərakəndə ticarətdə ən çox gəlir əldə edən rayonları