Televiziyalara və KİVDF-yə ayrılacaq vəsaitin məbləği bəlli oldu- Rəqəmlər

Gələn il Azərbaycanda dövlət büdcəsindən maliyyələşən televiziyalara ayrılacaq vəsaitin məbləği müəyyənləşib.

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (AzTV) 33 milyon, “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinə 601 min 920 manat, İctimai Televiziya və Radio Yayımları Şirkətinə 12 milyon 32 min 421 manat vəsait ayrılacaq.

Bundan başqa, “Azərbaycan” nəşriyyatına 1 milyon 934 min 922 manat, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitlərinin İnkişafına Dövlət Dəstəyi Fonduna 4 milyon 133 min 184 manat vəsait ayrılacaq.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq(modern.az).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan və Ermənistan XİN rəhbərləri Bratislavada görüşəcəklər

Sonrakı məqalə

Əli Əsədov nazirin qaynatasını işdən çıxardı