“Terror hadisəsinə görə İran məsuliyyət daşıyır” –XƏLƏF XƏLƏFOV

“27 yanvar təqribən 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum terror aktı törədilib”.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xələf Xələfov bildirib ki, bu hadisənin baş verməsi bizin üçün gözlənilməz idi:

“Ona görə ki, belə hadisələrin baş verməsi mümkün deyil, ümumiyyətlə qəbuledilməzdir. Vyana konvensiyasının müvafiq maddələrinə görə səfirliyi qəbul edən ölkə təhlükəsizliyə məsuliyyət daşıyır. Baş vermiş terror hadisəsi və onun ağır nəticələri ilə əlaqədar İran bir dövlət kimi məsuliyyət daşıyır”.

Əvvəlki məqalə

Şəhid Orxan Əsgərovun cənazəsini və təxliyə olunan diplomatları gətirən təyyarə Bakıya enib

Sonrakı məqalə

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini tam dayandırıb