“TikTok”da canlı yayım açan cərraha xəbərdarlıq edilib

Əməliyyat zamanı “TikTok”da canlı yayım açan cərraha xəbərdarlıq edilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, cərrah Ruslan Ağayev Səhiyyə Nazirliyinə dəvət olunub və Nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb: “Səhiyyə Nazirliyinin 137 nömrəli əmri – “Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib”.

Qeyd edək ki, “National Prime Hospital”ın həkimi, ümumi cərrah Ruslan Ağayev əməliyyat zamanı “TikTok”da canlı yayım açıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.