Tofiq Yaqublu haqqında 3 aylıq həbs qətimkan tədbiri seçildi

 Martın 23-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 

Bu barədə Turan-a  vəkil Elçin Sadıqov məlumat verib.

Tofiq Yaqublu CM-nin 221.3 (Xuliqanlıq) maddəsi ilə ittiham olunur.  Sadıqovun sözlərinə görə, Yaqublu ona qarşı sürüldüyü ittihamda təqsirıi bilmir, səhhəti normaldır.

 Qeyd edək ki, Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə təqsirləndirilən şəxs paytaxt sakini Tofiq Yaqublunun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu barədə Bakı şəhər prokurorluğunun məlumatında bildirilirdi. (Turan)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yoluxmuş şəxslərlə təmasını gizlədən, dövlət qurumlarının işinə mane olan məsuliyyətsiz şəxslər var –

Sonrakı məqalə

Mehriban Əliyeva bir illik maaşını Koronavirusla Mübarizə Fonduna köçürdü