Tokayev Baş nazir postuna bu məmurun namizədliyini təklif etdi- Parlament təsdiqlədi

Qazaxıstan prezidenti Kasım-Comart Tokayev Nazirlər Kabinetinin yeni rəhbəri vəzifəsinə onun administrasiyasının rəhbəri Oljas Bektenovun namizədliyini təklif edib.

Azpost.info xəbər verir ki, ölkə parlamentinin deputatları namizədin müzakirəsinə başlayıb, bundan sonra səsvermə proseduruna start verilib.

“Mən Oljas Bektenovun namizədliyini təklif edirəm”, – Qazaxıstan prezidenti deyib.

Bundan sonra deputatlar Oljas Bektenovun Baş nazir postuna namizədliyini təsdiq ediblər.

İxtisasca hüquqşünas olan O.Bektenovun 44 yaşı var.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.