Tokayev Türk İnvestisiya Fondunun yaradılmasını təsdiqlədi- Azərbaycan da təmsil olunacaq

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Türk İnvestisiya Fondunun yaradılması haqqında saziş layihəsini imzalayıb.

Azpost.info xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Fond Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistanın iştirakı ilə formalaşacaq.

Onun yaradılması haqqında qərar 12 noyabr 2021-ci ildə İstanbulda qəbul edilib. Təşəbbüs Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi inkişafına kömək etmək üçün nəzərdə tutulub.

Fondun kapitalı hər bir təşkilat üzvü üçün 2000 olmaqla 10.000 səhm olacaq. Hər bir ölkə üçün ödənilmiş payın dəyəri 70 milyon dollardır.

Qurumun rəhbəri dörd il müddətinə rotasiya əsasında idarəçilər şurası tərəfindən təyin edilir. Yenidən təyinat istisna olunur. Fondun rəhbəri öz fəaliyyətinə yalnız İdarə Heyətinin qərarı ilə xitam verə bilər.

Fondun birinci rəhbəri Türk Dövlətləri Təşkilatının dövlət başçıları şurası tərəfindən 4 il müddətinə təsdiqlənəcək.

Təşəbbüs regiondaxili ticarətin inkişafına kömək etmək, nəqliyyat və logistika zəncirlərini dəstəkləmək, “yaşıl iqtisadiyyat” üçün layihələri maliyyələşdirmək üçün nəzərdə tutulub.

Sənəd imzalandığı andan qüvvəyə minir.

Azpost.info

 

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Prezident Laçın Beynəlxalq Hava Limanının nə vaxt istismara veriləcəyini