Tokayev təyyarə qəzası ilə bağlı Dövlət Komissiyası yaratdı –Cinayət işi açıldı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Dövlət Komissiyası yaradılıb.

Komissiyaya Baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edəcək.

Artıq Kanat Bozumbayev hadisə yerinə yola düşüb.

Eyni zamanda, təyyarənin qəzaya uğraması ilə Nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olması maddəsi ilə cinayət işi açılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.