Tom Kruz övladlığa götürdüyü uşaqları ilə şəkil çəkdirib –FOTO

Amerikalı məşhur aktyor Tom Kruz keçmiş həyat yoldaşı Nikol Kidmanla birgə övladlığa götürdüyü uşaqları ilə ictimaiyyət qarşısına çıxıb.

Azpost.info bildirir ki, bu, hər üçünün yeganə məlum fotoşəkilidir. Tom Kruz sonuncu dəfə 2009-cu ildə Los-Ancelesdəki futbol matçında qızı İzabella və oğlu Konnorla şəkil çəkdirib.

Tom Kruz və Nikol Kidmanın boşandıqdan sonra da uşaqların gənclik və yetkinlik dövründə onlarla yaxın münasibətlər saxlayıb. Kruiz və Kidman 1990-cı illərin əvvəllərində aktrisanın baş tutmayan hamiləliyindən sonra Konnor və İzabellanı övladlığa götürüblər.

Fotonu “Tampa Bay Buccaneers”-in keçmiş müdafiəçisi Derrik Brooks paylaşıb. O, şəxsi səhifəsində komandasının “Florida Panthers” ilə xokkey oyunundan əvvəl paylaşım edib. İdmançı Tom Kruz oyundan əvvəl onların ofisini ziyarət etməsindən heyrətləndiyini bildirib.

2023-cü ilin iyul ayında Tom Kruzun baş rolda oynadığı “Mümkünsüz Missiya: Ölümcül intiqam- 1-ci hissə” filmi nümayiş olunub. Aktyor öz istəyi ilə bütün səhnələri aktyor kaskadyorsuz oynayıb.

Əvvəlki məqalə

Özbəkistan prezidenti sabah Moskvaya işgüzar səfərə gedəcək

Sonrakı məqalə

“Kilsə Koçaryanı hakimiyyətə gətirmək istəyir” –