Tovuzun keçmiş məhkəmə sədri pul tələbinə görə öldürülüb –Biznesmendən nə istəyib?

Tovuz rayonunda keçmiş məhkəmə sədri Firudin Ələkbərovun qətlə yetirilməsinin səbəbləri ilə bağlı bəzi təfərrüatlar aydınlaşıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisədən bir az əvvəl tərəflər arasında pul söhbəti olub. Belə ki, F.Ələkbərlinin Əli Şəmiyevdən, ikincinin Zəyəm kəndi yaxınlığındakı otelinin tikintisində qanunsuzluqlara yol verdiyini iddia edərək, 10 min manat tələb etdiyi bildirilir. Bu pulun 5 min manatı keçmiş hakimə verilsə də, yarısı saxlanılıb. Elə mübahisə də pulun qalan hissəsi ilə bağlı olub.

Ə.Şəmiyev, əvvəlcədən sövdələşdikləri kimi, bu gün səhər saatlarında F.Ələkbərli ilə görüşüb. Sabiq hakim pul söhbətini bir daha gündəmə gətirib və hədələrə keçdikdən sonra Ə.Şəmiyev əvvəlcədən üstündə götürdüyü odlu silaha əl atıb.

Tovuz Rayon Xəstəxanasındakı mənbə bildirir ki, açılan 4 atəş nəticəsində Ələkbərlinin böyrəkləri parçalanıb. Və bu da ölüm halını tezləşdirib.

Əli Şəmiyev hadisəni törətdikdən dərhal sonra özü polisə təslim olub.

Əli Şəmiyevin eyni zamanda Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Radujni şəhərində iri biznesi olub. O, əsasən makaron, düyü, çay, qənd və digər ərzaq növlərinin topdan və pərakəndə satışıyla məşğul imiş. Həmin şəhərdə bir neçə mağazası varmış.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rabitə Nazirliyinin həbsdən çıxan sabiq Aparat rəhbəri Vidadi Zeynalov restoran işlədir:

Sonrakı məqalə

İlyas İsmayılovdan hiddətli açıqlama: