Tramp ABŞ ədliyyəsindən 100 milyon dollar təzminat tələb edəcək- “Fox News”

Keçmiş ABŞ lideri Donald Tramp Ədliyyə Nazirliyindən 100 milyon dollar təzminat tələb edəcək.

Azpost.info xəbər verir ki, bu, 2022-ci ildə onun Florida ştatındakı Mar-a-Laqo mülkündə FTB-nin axtarış aparması ilə bağlıdır.

Bu barədə mənbələrə istinadən “Fox News” telekanalı məlumat yayıb.

Respublikaçı hüquqşünaslar əmindirlər ki, axtarışın aşkar məqsədi siyasi təqib olub və FTB və Ədliyyə Nazirliyinin hərəkətləri bir sıra protokolları pozub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.