Donald Tramp Britaniyanın Leyborist Partiyasının fəallarını ABŞ seçkilərinə müdaxilə etməkdə ittiham edib.
Azpost.info bildirir ki, Tramp bununla bağlı ABŞ Federal Seçki Komissiyasına şikayət ərizəsi ilə müraciət edib. O, Britaniyada hakim Leyboristlər Partiyasını Kamala Harrisə seçki kampaniyasını aparmağa kömək etməkdə ittiham edib.
Maraqlıdır ki, şikayət mətnində Tramp Amerika koloniyalarının müstəqillik uğrunda Britaniya ordusu ilə vuruşduğu 1775-1783-cü illər müharibəsini xatırladıb.
Azpost.info