Tramp Kamala Harrisi axmaq adlandırıb

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris axmaqdır, çünki o, mətbuat konfransı keçirməkdən və jurnalistlərlə ünsiyyətdən imtina edir.

Azpost.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti, respublikaçı namizəd Donald Tramp Montanada tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Harris bir dəfə də olsun müsahibə vermək istəmir.

“Bir dəfə belə, müsahibə vermək istəmir. Bilirsiniz niyə? O, axmaq olduğu üçün mətbuat konfransı keçirməyəcək. O, bunu etməyəcək”, – Tramp deyib.

Siyasətçinin seçki yarışındakı namizədi və ABŞ-ın vitse-prezidentliyinə namizəd Ceyms Devid Vens isə Harrisin jurnalistlərdən və adi amerikalılardan gizləndiyini iddia edir. Onun sözlərinə görə, o, heç vaxt hazır çıxış olmadan danışmır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.