Tramp Kamala Harrislə ikinci debatdan imtina edib

ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, o, demokrat rəqibi, vitse-prezident Kamala Harrislə debatların yeni raundunu keçirməkdən imtina edir.

Tramp bu barədə “Truth Social” hesabında yazıb.

“Boksçu döyüşü uduzduqda ağzından çıxan ilk sözlər belə olur: “Mən yenidən döyüşmək istəyirəm”. Rəy sorğuları açıq şəkildə göstərir ki, mən çərşənbə axşamı Kamala Harrisə qarşı debatda qalib gəldim və o, dərhal debatların ikinci raundunu tələb etdi”, – Tramp vurğulayıb.

Əvvəlki məqalə

Paşinyan və Blinken Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

Sonrakı məqalə

Layihə çərçivəsində “Greentech” hakatonu keçirilir