Tramp populyarlıq baxımından Harrisi iki faiz üstələyir –SORĞU

ABŞ prezidenti postuna Respublikaçılar partiyasından namizəd Donald Tramp amerikalı seçicilərin dəstəyinə görə demokrat rəqibi Kamala Harrisi iki faiz qabaqlayır.

Bunu “Rasmussen Reports” təşkilatının keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir. Respondentlərin 49 faizi prezident seçkilərində Donald Trampa, 47 faizi Kamala Harrisə, iki faizi isə digər namizədə səs verəcəklərini bildirib.

Sorğu oktyabrın 20-23-də 3400-dən çox amerikalı seçici arasında keçirilib.

“The New York Times” qəzetinin Siena Kolleci ilə birgə keçirdiyi digər sorğuda isə Kamala Harris və Donald Trampın dəstək səviyyəsi bərabər olub – hər iki namizəd 48 faiz səs toplayıb. Bundan bir neçə həftə öncə keçirilən oxşar araşdırmada ABŞ-ın hazırkı vitse-prezidenti Ağ evin sabiq rəhbərini üç faiz üstələyirdi – 49 faizə qarşı 46 faiz.

Analitiklərin fikrincə, hər iki namizədin seçkilərdə qələbə qazanmaq şansı təxminən bərabərdir.

Əvvəlki məqalə

Paşinyan COP29-da iştirak üçün Bakıya dəvət alıb –

Sonrakı məqalə

Biznes nümayəndələrinin iqtisadi islahatlar barədə məlumatlandırılmasında jurnalistlərin mühüm rolu var