ABŞ prezidentliyinə namizəd və keçmiş dövlət başçısı Donald Tramp qarşıdan gələn seçkilərdə qalib gələcəyi təqdirdə, Avropa İttifaqına (Aİ) qarşı “cəzalandırıcı” ticarət tədbirləri tətbiq edəcək.
Bu barədə “Bloomberg” məlumat yayıb.
“Donald Tramp yenidən vəzifəyə gələrsə, uzun müddətdir davam edən problemləri həll etmək üçün Aİ-yə qarşı bir sıra cəzalı ticarət tədbirləri həyata keçirməyi hədəfləyir”, – deyə nəşr bildirib.
Bundan əvvəl ABŞ Prezidenti Co Bayden Trampı “ekzistensial təhlükə” adlandırıb.