“Tramp qalib gəlməsə, bu, sonuncu seçki olacaq”- İlon MASK

Respublikaçı namizəd Donald Trampın Demokratlar Partiyasını təmsil edən vitse-prezident Kamala Harrisə məğlub olacağı təqdirdə, bu, ABŞ-da keçiriləcək sonuncu seçki ola bilər.

Azpost.info xəbər verir ki, bunu amerikalı sahibkar İlon Mask amerikalı teleaparıcı Co Roqanla müsahibəsi zamanı deyib.

“Düşünürəm ki, Tramp qalib gəlməsə, bu, sonuncu seçki olacaq”, – Mask bildirib.

O əlavə edib ki, ABŞ, sərhədlərində təhlükəsizliyin olmaması səbəbindən əsl Amerika olmaqdan çıxıb: “Sərhədləri təhlükəsiz deyilsə, ölkə real sayıla bilməz, bu halda o, qondarma ölkədir”.

Azpost.info

Əvvəlki məqalə

Şimali Koreya Yaponiyaya doğru bir neçə ballistik raket buraxıb

Sonrakı məqalə

Ölkəni iki yerə bölən marafon –