Tramp komandası inaqurasiya günü Vaşinqtonun Ümumdünya Səhiyyə Təşkilatından çıxmasında israr edir.
Azpost.info bildirir ki, bu barədə “Financial Times” yazır.
Tramp daha əvvəl bəyan etmişdi ki, ÜST Çinin tam nəzarəti altındadır. Onun sözlərinə görə, təşkilatın rəhbərliyi və Çin hakimiyyəti koronavirusun yayılması ilə əlaqədar lazımi tədbirlər görməyib.