“Tramp və Baydenin seçki qərargahlarına kiberhücumlar İrandan olub”- "Google" ad AÇIQLADI

“Google” şirkəti ABŞ prezidenti Co Baydenin və Ağ Evin keçmiş rəhbəri Donald Trampın seçki qərargahına haker hücumları barədə məlumatı təsdiqləyib.

Azpost.info xəbər verir ki, “Google” kiberhücumların İranın dəstəklədiyi APT42 qrupunun həyata keçirdiyini bildirib.

Şirkətin hesabatında deyilir ki, may və iyun aylarında prezident Bayden və keçmiş prezident Trampla əlaqəli təxminən onlarla insanın şəxsi e-poçt hesabları hədəfə alınıb.

Şirkət əlavə edib ki, hakerlər seçki yarışında iştirak edən hazırkı və keçmiş məmurları da hədəfə alıblar.

Azpost.info

Əvvəlki məqalə

Ordumuzun helikopterləri döyüş hazırlığı məşqləri keçirib –

Sonrakı məqalə

“Qarabağ”ın darmadağın etdiyi “Ludoqorets”in baş məşqçisi istefa verib