ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdi avropalı siyasətçiləri qorxuya salıb. Onlar da hücuma məruz qala biləcəklərindən ehtiyat edirlər.
Azpost.info xəbər verir ki, bu barədə “Politico” yazıb.
Nəşrin yazdığına görə, hadisə avropalı siyasətçilərə Avropada da siyasi zorakılıq təhlükəsinin artdığını xatırladıb.
Bütün bunların fonunda Fransanın Milli Birlik Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen Trampa sui-qəsd cəhdini şərh edərkən “Fransa belə zorakılıqdan sığortalanmayıb” deyə xəbərdarlıq edib.
“Avropa elitasında qorxu artıb. May ayında Slovakiyanın baş naziri Robert Fitsoya sui-qəsd olub, keçən ay Danimarka hökumətinin başçısı Mette Frederiksen hücuma məruz qalıb, Böyük Britaniyada isə son səkkiz ildə iki parlament üzvü öldürülüb”, – “Politiko” qeyd edib.
Azpost.info