Trampın komandası Baydenin rezonans verən qərarına reaksiyası verdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın keçid komandasının nümayəndəsi, kommunikasiyalar üzrə direktoru Stiven Çunq Baydenin Ukraynaya uzun mənzilli ATACMS raketlərindən istifadə etməyə icazəsi ilə bağlı məlumatı CNN-ə şərh edib.

Çunq deyib ki, seçilmiş prezident Tramp Moskva ilə Kiyev arasında danışıqları təşkil edəcək: “Prezident Trampın seçki kampaniyası zamanı dediyi kimi, o, hər iki tərəfi sülh danışıqları aparmaq və müharibəyə və qətllərə son qoymaq üçün bir araya gətirə biləcək yeganə şəxsdir”.

O, Bayden komandasının qərarını birbaşa qiymətləndirməyib. Çunq Trampın və ya onun gələcək müşavirlərinin Bayden administrasiyasından bu qərarla bağlı əvvəlcədən xəbərdarlıq alıb-almaması ilə bağlı suala da cavab verməyib.

Azpost.info

Əvvəlki məqalə

COP29-da Bakı Bəyannaməsi qəbul edilib

Sonrakı məqalə

Paşinyan yüksək vəzifəli məmurların istefası barədə açıqlama verdi