Trampın komandası Viktor Orbanın Ukraynada atəşkəs təklifinə baxacaq

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın komandası daha əvvəl Macarıstanın Baş naziri Viktor Orbanın irəli sürdüyü münaqişənin həlli üçün Ukraynada atəşkəs haqqında təklifi nəzərdən keçirməyə hazırdır.

Bu barədə Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals CBS telekanalında bildirib.

“Hərbi əməliyyatların dayandırılması lazımdır. Əgər ilk addım kimi bir növ atəşkəs təklif edilərsə, bunun nə demək olduğunu yaxından nəzərdən keçirəcəyik”, – deyə Vals əlavə edib.

Vals xatırladılıb ki, bu təklifi Rusiya Prezidenti Vladimir Putinə təqdim etməzdən əvvəl Orbanın Floridada Trampla görüşü olub. Lakin prezidentin milli təhlükəsizlik üzrə gələcək köməkçisi Trampın Orban vasitəsilə Rusiya liderinə hər hansı mesaj verib-vermədiyinə aydınlıq gətirməkdən imtina edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.