Trampın məhkəməsi yekunlaşdı, ona ömürlük həbs verilə bilər

Nyu-Yorkda ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı tarixi cinayət işi üzrə dinləmələr başa çatıb.

Azpost.info bildirir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Çərşənbə axşamı, mayın 28-də tərəflər yekun arqumentlərini bildiriblər.

ABŞ-ın keçmiş prezidenti 2016-cı ildə pornoaktrisa Stormi Danielsə susması müqabilində pul ödəməsi ilə bağlı cinayət ittihamı ilə məhkəmə qarşısına çıxıb.

Bu, tarixdə keçmiş ABŞ prezidentinin cinayət ittihamı ilə mühakimə olunduğu ilk dəfədir.

Ötən ilin aprel ayında Tramp özünü bu ittham üzrə təqsirli bilməyib.

Məhkəmə altı həftəlik dinləmələrdən sonra indi qərar verməlidir.

ABŞ-ın keçmiş prezidenti təqsirli bilinərsə, o, ömürlük həbs (136 ilə qədər dəmir barmaqlıqlar arxasında), sınaq müddəti və ya külli miqdarda cərimə ilə üzləşə bilər.

Əvvəlki məqalə

Zakir Həsənov Türkiyənin müdafiə naziri ilə görüşüb

Sonrakı məqalə

“Gürcüstandakı ABŞ hərbi təlim mərkəzi Çinə verilir” –