“The New York Times” ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbə qazanmaq ehtimalını 95 faizə yüksəldib.
Azpost.info xəbər verir ki, nəşr həmçinin Trampın 306, Demokrat namizəd Kamala Harrisin isə 232 seçici səsi alacağını proqnozlaşdırır.
Daha əvvəl “The New York Times” Trampın qələbə ehtimalını 75 faiz qiymətləndirirdi.
ABŞ-da növbəti ümumi seçkilər keçirilir. Seçicilər prezidenti, Senatın üçdə birini və ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvlərini, həmçinin 11 ştatın və 2 ərazinin qubernatorlarını seçirlər. Respublikaçı namizəd Donald Tramp və ABŞ-ın hazırkı hakim Demokrat Partiyasını təmsil edən Kamala Harris dövlət başçısı postuna iddialıdırlar.
Tramp ABŞ-ın 45-ci prezidenti olub və 2017-2021-ci illərdə bu posu tutub. O, 2020-ci il prezident seçkilərində Demokrat Co Baydenə uduzdu və indi Ağ Evə qayıtmağa çalışır. Harris 2021-ci ilin yanvarından ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışır.
Azpost.info