ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın mümkün qələbəsi dolların möhkəmlənməsinə səbəb ola bilər.
Azpost.info xəbər verir ki, bu barədə proqnoz maliyyə məsləhətləri üzrə ixtisaslaşmış “Ebury” şirkətinin iqtisadi təhlilində yer alıb.
Eyni zamanda Trampın vergilərin azaldılması və idxal xərclərinin artması kimi təkliflərinin reallaşması ABŞ-da inflyasiyanın artmasına səbəb ola bilər.
Şirkətin hesablamalarına görə, Trampın seçilməsi ilə iqtisadi artım qısa müddətdə daha yüksək ola bilər, lakin bu, uzunmüddətli perspektivdə xarici siyasət amilləri fonunda gözlənilmir.
“Respublikaçının rəqibi Kamala Harrisin seçilməsi müəyyən status-kvonu saxlamağa imkan verəcək. Bunun fonunda zəif valyutalar (xüsusən də sürətlə inkişaf edən ölkələr) güclənəcək, ABŞ dolları isə zəifləyəcək”, – proqnpzda qeyd olunur.
Şirkətin analitikləri bildirirlər ki, seçkilərin nəticəsi Arizona, Corciya, Miçiqan, Nevada, Şimali Karolina, Pensilvaniya və Viskonsin daxil olmaqla, həlledici ştatlarda müəyyənləşəcək.
Qeyd olunur ki, hazırda Tramp onlardan altısında, Harris isə birində üstünlük qazanıb.
Azpost.info