“Trampın Türkiyənin qüdrəti ilə bağlı sözləri həqiqətdir”- ƏRDOĞAN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Türkiyənin qüdrəti ilə bağlı son sözlərinin həqiqət olduğunu bildirib.

Azpost.info xəbər verir ki, Ərdoğan bu barədə Misirdən qayıdarkən jurnalistlərə bildirib.

“Cənab Tramp bu qiymətləndirmə ilə əslində ölkəmizin gücünü və effektivliyini vurğulayır”, – Ərdoğan deyib.

O, Trampla münasibətlərində heç bir problem olmadığını da qeyd edib.

“Həqiqətən də aramızda heç bir problem yoxdur. Onun seçildiyi vaxtdan bizim əlaqələrimiz var. Tramp praqmatik siyasətçidir. Andiçmə mərasimindən sonra çox güman ki, biz onu birinci təbrik edəcəyik və gündəmimizdəki məsələləri səmimiyyətlə müzakirə etməyə başlayacağıq”, – Türkiyə prezidenti bildirib.

Azpost.info