Trampla bağlı məhkəmə prosesi təxrə salınıb

ABŞ-nin sabiq prezidenti Donald Trampla bağlı məhkəmə proseslərindən biri təxirə salınıb.

Tramp bu prosesdə məxfi sənədlərlə düzgün davranmamaqda ittiham edilirdi. Prezidentliyə namizədin məhkəmə prosesi mayın 20-də başlamalı idi. Lakin hakim təqdim edilən sənədlərin çoxluğunu əsas gətirərək prosesi qeyri-müəyyən vaxtadək təxirə salıb.

ABŞ mətbuatı hesab edir ki, noyabrda keçiriləcək prezident seçkilərinədək Trampın hakim qarşısına çıxması real görünmür.

Hazırda Nyu-York məhkəməsi Trampla bağlı başqa bir işə də baxır. Bu, Trampın prezident seçilməzdən əvvəlki maliyyə məsələləri ilə bağlıdır.

 

 

 

Əvvəlki məqalə

Rusiya Ukraynanın 6 regionuna hava zərbələri endirib

Sonrakı məqalə

Pul tələbi ilə bağlı səs yazısı yayılan bağça müdiri əmək qabiliyyətini itirib –