Ədliyyə Nazirliyi AĞ Partiyanın yenidən təqdim etdiyi üzvlük siyahılarını yoxlayıb.
Azpost.info bildirir ki, bu barədə partiyanın sədri Tural Abbaslı məlumat yayıb.
Bildirilir ki, Nazirlik siyahıları təsdiq edib və partiyanı dövlət qeydiyyatına alıb. Bundan əvvəl partiyanın Ədliyyə Nazirliyinə təqdim etdiyi üzvlük siyahılarında çatışmazlıqlar aşkar edilmişdi.
Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib.