TuranBank investisiya məqsədli pul nişanlarının satışını təmin etmək və onların geri alışını həyata keçirmək məqsədilə Mərkəzi Bank tərəfindən Satış Agenti seçilib.
Azpost.info bildirir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Mərkəzi Bank tərəfindən ölkəmizdə ilk dəfə olaraq 10 may 2023-cü il tarixindən tədavülə buraxılmış yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış müxtəlif çəkilərdə investisiya pul nişanlarının satışı və geri alışı, geri alınan pul nişanlarının ekspertizasının təşkili və ekspertizasının nəticəsi müsbət olduqda dəyərinin həmin gün onu təqdim etmiş şəxsə ödənilməsi TuranBank tərəfindən həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış bütün yubiley, xatirə və investisiya pul nişanları Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir və onların qalıqları, qiymətləri barədə məlumatlar gündəlik əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilir.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 20 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.