Türk Dövlətləri Təşkilatı 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı X sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Azərbaycan tarixinə “Qara Yanvar” kimi yazılan bu gündə vətənlərinin müstəqilliyi uğrunda həyatlarını fəda edən şəhidləri yad etmək üçün azərbaycanlı qardaşlarımızın yanındayıq, kədərlərini bölüşürük”.