“Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın tarixi xidmətləri var”- İlham Əliyev

“Türkiyə böyük türk dünyasının birləşməsi işində çox böyük rol oynayır”.

Bunu Prezident İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında deyib.

Dövlət başçısı bildirib ki, keçən ay Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, öz hörmətini və bizim ümumi həmrəyliyimizi bildirib:

“Türk dünyasının böyük coğrafiyası var, böyük potensialı var, böyük təbii ehtiyatları var, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın türk dünyası qarşısında tarixi xidmətləri var”.

Əvvəlki məqalə

Ərdoğan: Azərbaycan Kahramanmaraşda şəhərcik inşa edəcək

Sonrakı məqalə

“Azərbaycanda “Bayraktar” Mərkəzi yaradılacaq”