Türk Şurası ölkələri liderlərinin qeyri-formal görüşü başlayıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin liderlərinin qeyri-formal görüşü başlayıb.

Videokonfrans formatında keçirilən Zirvə Görüşünə Qazaxıstanın birinci Prezidenti-elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Türkmənistan prezidentləri ilə bərabər Macarıstanın Baş naziri də qatılıb.

Liderlər 10-15 dəqiqə ərzində çıxış edəcəklər.

Zirvə Görüşünün yekununda birgə Türküstan deklarasiyası qəbul olunacaq.

Bu deklarasiya çərçivəsində qədim Türküstan şəhəri “Türk dünyasının mənəvi paytaxtı” elan ediləcək. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 2237 nəfər COVID-19-a yoluxub –

Sonrakı məqalə

62 partiyadan 35-i maliyyə hesabatını MSK-ya təqdim edib