Türkiyə səfiri:“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha çox səy göstərilməlidir”

“ATƏT Avropanın təhlükəsizliyi və sabitliyi üçün qurulmuş çox vacib bir beynəlxalq təşkilatdır. ATƏT-in üzərinə düşən vacib vəzifələrdən biri də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, münaqişənin tezliklə həlli üçün daha çox səy göstərilməlidir.

“Çox təəssüf ki, aradan keçən illərə baxmayaraq, problemin həlli mümkün olmayıb. Həm BMT, həm də ATƏT-in irəli sürdüyü parametrlərdə münaqişənin beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. Lakin, hələ də Azərbaycan əraziləri işğaldan azad olunmayıb. Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin həll yolu tapacaqlarına ümid edirik”, – deyə Türkiyə səfiri qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclis niyə buraxıldı? –

Sonrakı məqalə

Avropada narkoticarətdə böyük pullar dövr edir