Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X” hesabında Zəfər Günü ilə bağlı paylaşım edib.
Xalqımızı bu gün münasibətilə təbrik edən diplomat şəhidlərimizə rəhmət diləyib, onların yaxınlarına və döyüş yoldaşlarına başsağlığı verib:
“Bu gün 44 günlük vətən müharibəsinin şanlı qələbə ilə taclandığı gündür. Bu gün üçrəngli bayrağın azad Qarabağın ən uca zirvələrində dalğalandığı gündür. Bu gün minarələrdən yüksələn “Allahu Əkbər” sədalarının azad Qarabağda əks-səda verdiyi gündür. Qardaş Azərbaycan xalqını 8 Noyabr Qələbə Günü münasibəti ilə ürəkdən təbrik edir, bu şanlı qələbədə şəhid olan bütün qəhrəmanlara uca Allahdan rəhmət, yaxınlarına və döyüş yoldaşlarına başsağlığı verir, veteranlara cansağlığı uzun və sağlam ömür arzulayıram. Qələbən mübarək olsun, qardaşım.”