Türkiyə səfirliyi Anım Günü ilə bağlı paylaşım edib

Türkiyənin Azərbaycandakı səfirliyi 27 Sentyabr – Anım Günü münasibətilə “Tviter“də paylaşım edib.

Paylaşımda deyilir:

“27 sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan azərbaycanlı qardaşlarımızın əziz xatirəsini ehtiramla yad edir, Qarabağdakı bayrağın əbədi dalğalanmasını arzu edirik.

Qarabağ Azərbaycandır!”

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.