Avqustun 15-də Ankarada Türkiyə-İraq Yüksək Səviyyəli Təhlükəsizlik Mexanizminin 4-cü toplantısı keçiriləcək.
Azpost.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələr məlumat verib.
İclasda konkret addımlar vasitəsilə təhlükəsizlik sahəsində İraq tərəfi ilə qarşılıqlı anlaşmanın gücləndirilməsi imkanlarının müzakirəsi planlaşdırılır.
Qarşıdakı məsləhətləşmələrin məqsədləri arasında tərəflər arasında qarşılıqlı fəaliyyət üçün hüquqi bazanın genişləndirilməsi də var.
Prezident Rəcəb Tayyib Ərdoğanın aprelin 22-də İraqa səfəri iki ölkə münasibətlərində dönüş nöqtəsi oldu. Bu səfər zamanı imzalanmış Strateji Çərçivə Sazişi iki ölkə arasında əməkdaşlıq üçün institusional və davamlı çərçivənin formalaşdırılmasını nəzərdə tutur.
Azpost.info