Türkiyədə bütöv bir kənd yanır –

-YENİLƏNİB
17 Mart 2021 - 19:15

Türkiyənin Artvin vilayətinin Yusifeli rayonunun Dərəiçi kəndində yanan evlərin sayı artıb.

“Hürriyet” qəzetinin verdiyi məlumata görə, evlərin birində baş verən yanğın 60-a yaxın evə keçib.

Artvinin valisi Yılmaz Doruk yanğının nəzarət altına alındığını, ancaq təhlükənin hələ sovuşmadığını bildirib. (APA)

**

Bu gün Türkiyənin Artvin vilayətinin Yusifeli rayonunun Dərəiçi kəndində bir evdə başlayan yanğın küləyin təsiri ilə ətrafdakı digər evlərə də keçib.

“Hürriyet” qəzetinin verdiyi məlumata görə, kəndin muxtarı Səbri Duman fəlakətlə üzləşdiklərini, hazırda 170 evin olduğu kənddə 50-yə yaxın evin yandığını bildirib.

Türkiyə daxili işlər nazirinin müavini İsmail Çataklı yanğının kəndin böyük bir hissəsini təhdid etdiyini açıqlayıb.

Yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.

Eyni zamanda yanğının söndürülməsi üçün bir vertolyot də istənilib.