Türkiyənin Gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu Ermənistanla Türkiyə arasında keçiriləcək 2024 Avropa Futbol Çempionatının (EURO 2024) seçmə turunun oyununu izləmək üçün Ermənistana gedib.
Sonuncu dəfə 2008-ci ildə Türkiyənin 11-ci prezidenti Abdullah Gül, Ermənistan – Türkiyə futbol qarşılaşması səbəbilə İrəvana səfər etmişdi. 15 ildən sonra, nazirlik səviyyəsində ilk ziyarət yenə iki ölkə arasındakı futbol qarşılaşması səbəbilə gerçəkləşdirilir.