“Türkiyə çətin gündə Azərbaycanın onun yanında olduğunu heç vaxt unutmayacaq”- SƏFİR

Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım məqsədilə Azərbaycandan göndərilən modul tipli evlərin müəyyən bir bölgədə toplanması istiqamətində işlər görülür. Konteyner-evlər bir bölgədə toplanacaq və müvəqqəti sığınacaq kimi istifadə ediləcək.

Bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

Diplomat qeyd edib ki, zəlzələnin baş verdiyi ilk gün Azərbaycanda 24 saat dayanmadan iş görüldü, 15 TIR yardım Türkiyəyə yola salındı. İndi də dəmir yolu vasitəsilə yola salınan humanitar yardım 10 milyonluq Azərbaycan xalqının qardaşlığını göstərir. Türkiyə çətin gündə Azərbaycan xalqının onun yanında olduğunu heç vaxt unutmayacaq.

Əvvəlki məqalə

Rəssamlıq Akademiyasının rektoru kollektivə təqdim edilib

Sonrakı məqalə

Yaponiya Qobustanın iki kəndi ilə müqavilə imzaladı